EN

İrandan sərt reaksiya: “Sionizmə xidmət edənə sülh mükafatı verilir”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi bu ilki "Nobel Sülh Mükafatının" Venesuelalı siyasətçi Maria Korina Maçadoya verilməsinə kəskin etiraz bildirib.

Bizimyol.info xəbər verir ki, o, Maçadonun “sülhə deyil, müharibəyə və sionist rejimin cinayətlərinə xidmət etdiyini” deyərək, Nobel Komitəsinin qərarını ədalətsiz və ziddiyyətli adlandırıb.

Əraqçi bildirib ki, Maçado İsrailin Qəzzədə həyata keçirdiyi cinayətləri və insanlıq əleyhinə əməlləri açıq şəkildə müdafiə edən fiqurlardan biridir: “Müharibənin və Sionist rejimin cinayətlərinin tərəfdarı olan birinə sülh mükafatı verilməsini anlamıram. Bu qərar, beynəlxalq ədalət prinsiplərinə və sülh anlayışına zərbədir,” — deyə İran XİN rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, Maçadonun fəaliyyəti bölgədə sülhə deyil, gərginliyin və düşmənçiliyin artmasına xidmət edir.

"Venesuela müxalifətinin simalarından biri olan Maria Korina Maçado İsrail və ABŞ-ın açıq tərəfdarı kimi tanınır. O, daha əvvəl İsrail Baş naziri Benya­min Netanyahunu Qəzza əməliyyatlarına görə təbrik etmiş, həmçinin Təl-Əvivlə diplomatik əlaqələrin bərpasını dəstəkləmişdi.

Bundan başqa, Maçado bir neçə dəfə “Venesuelanın azadlığı” üçün xarici, o cümlədən İsrailin hərbi müdaxiləsini istədiyini də bəyan etmişdi. Bu çıxışlar həm Venesuelada, həm də beynəlxalq aləmdə geniş tənqid olunub", - deyə nazir bildirib.

2025-ci ilin "Nobel Sülh Mükafatı" qalibi elan edildikdən sonra, qərar dünya miqyasında ciddi rezonans doğurub. Bir çox ölkələr, xüsusilə də Qərb siyasətinə tənqidi yanaşan dövlətlər, bu seçimi “siyasi və ikili standartların təzahürü” kimi qiymətləndirirlər.

İran rəsmiləri hesab edir ki, bu addım Nobel Komitəsinin nüfuzuna kölgə salır və sülh ideyasının mənasını təhrif edir.

Qeyd edək ki, "Nobel Sülh Mükafatı" adətən dünyada barış və insan haqları uğrunda mübarizə aparan şəxslərə təqdim olunur. Lakin son illərdə bu mükafatın siyasi təsirlər altında verilməsi barədə fikirlər güclənir. Maçadonun seçilməsi də bu mübahisələrin yeni dalğasına səbəb olub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
bizimyol.info

1Sources