EN

“Qarabağ”ın hücumçusuna “Böyük beşlik” klubundan təklif gəldi

Millinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə yeni təklif gəlib.

Milli.Az sportinfo-ya istinadla xəbər verir ki, gənc forvard Avropadan yeni dəvət alıb. Ad açıqlanmasa da, bildirilib ki, Axundzadə ilə yaxından maraqlanan komanda "Böyük beşlik" təmsilçisidir.

Ortabab statuslu klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib: həm səbəbkarın özüylə, həm də "Qarabağ" tərəfiylə əlaqə saxlayıb.

Onlar "köhlən atlar"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı məlumat alıblar.

Milli.Az

Chosen
30
1
milli.az

2Sources