EN

ABŞ-də avtomobil piyadalara çırpılıb, ölənlər və xəsarət alanlar var

ABŞ-nin Florida ştatının Tampa şəhərində avtomobilin piyadaları vurması nəticəsində azı dörd nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.

Bu barədə "ABC News" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil binaya çırpılıb.

"Xəsarət alanların üçü hadisə yerində, dördüncüsü isə xəstəxanada vəfat edib. Onlardan birinin vəziyyəti kritikdir, digər səkkiz nəfər isə stabil vəziyyətdədir", - polis məlumat verib.

Qeyd olunur ki, yüngül xəsarət alan iki nəfərə yerində tibbi yardım göstərilib.

Polisin məlumatına görə, 22 yaşlı avtomobil sürücüsü Saylas Sempson qəza yerində saxlanılıb, onun küçə yarışlarında iştirak etdiyi bildirilir.

Chosen
50
1
moderator.az

2Sources