EN

Bakıda Zəfər Günü ilə bağlı konsert və atəşfəşanlıq keçirilib

Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib.

Moderator.az "Report"a istinadən bildirir ki, Zəfər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da böyük coşqu hissi ilə qeyd olunub.

Qeyd edək ki, Zəfər Günü münasibətilə həmçinin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Konsertin sonunda atəşfəşanlıq olub.

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.

Moderator.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd olunur.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

 

 

 

 

Chosen
18
19
moderator.az

10Sources