BAKI, 8 noyabr. TELEQRAF
Ərəb ölkələri Qəzza zolağının ABŞ şərtləri ilə yenidən qurulmasına qarşı çıxıblar.
Teleqraf xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən yazır.
“Ərəb ölkələri ABŞ-nin dəstəklədiyi anklavın İsrailin nəzarətində olan hissəsində“Yeni Qəzza”nın yenidən qurulması təklifinə qarşı çıxırlar və bunun Fələstin ərazisinin uzunmüddətli bölünməsinə gətirib çıxara biləcəyindən ehtiyat edirlər”, - nəşr qeyd edib.
Bundan əvvəl HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzzada münaqişəyə son qoymaq planında nəzərdə tutulduğu kimi tərksilahla bağlı zəmanət verməkdən imtina etdiyi bildirilirdi.
Oktyabrın 13-də Tramp Qəzzada münaqişənin bitdiyini elan edib. Lakin daha sonra o, Fələstinin radikal HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail ordusunun Qəzza zolağında əməliyyatları bərpa edəcəyi ilə hədələyib.