EN

Tramp Vaşinqtondakı yeni stadionun onun adını daşımasını istəyir

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda tikilməsi planlaşdırılan yeni stadionun onun adını daşımasını istəyir.APA xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, söhbət şəhərin şərq hissəsində, hazırda Robert Kennedinin adını daşıyan stadionun yerində inşa ediləcək qapalı idman arenasından gedir.

Layihənin dəyərinin təxminən 3,7 milyard dollar olacağı gözlənilir. Yeni stadionun 2030-cu ildə açılması və Milli Futbol Liqasının “Washington Commanders” klubunun ev arenasına çevrilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
2
apa.az

4Sources