EN

İlon Mask NATO nu tamamilə yenidən qurmağa çağırıb

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask NATO-nu yenidən qurmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkədə paylaşım edib.

“NATO-nu yenidən tamamilə formalaşdırmağa ehtiyac var”, - deyə o, rəhbəri olduğu X şəbəkəsində Yuta ştatından olan senator Mayk Linin paylaşımını şərh edərkən bəyan edib. Qeyd edək ki, senator “soyuq müharibə başa çatandan” sonra NATO-nu anaxronizmə çevrilmiş alyans adlandırıb.

Ötən ilin mart ayında Mask sərmayəçi Devid Daksın NATO-nun nüfuzunu itirdiyi və ləğv olunmağa ehtiyac olduğu ilə bağlı fikrini bəyənmişdi.

“Doğrudur. Həmişə NATO-nun mövcud olmasına təəccüblənmişəm, bir halda ki, onun rəqibi və mövcud olma səbəbi olan Varşava paktı ləğv olunub” – deyə Mask X sosial şəbəkəsində qeyd edib. Onun bu bəyanatı bir çoxları tərəfindən tənqid olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
sherg.az

1Sources