ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları Ukraynada sülhə maneə kimi qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb.
Agentliyin mənbələri deyirlər ki, Donald Tramp hələ də Rusiya ilə iqtisadi tərəfdaşlığı inkişaf etdirməyə ümid edir, sanksiyaları Moskva ilə gərginliyi artıran amil kimi qiymətləndirir. Onların fikrincə, bu gərginlik Rusiya və Ukrayna arasında münaqişədə atəşkəs və sülhə nail olmaq ümidlərini sarsıda bilər.
Bununla belə, “Reuters”in mənbələri ABŞ Prezidentinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi variantını nəzərdən keçirdiyini bildirirlər.
Məlumata görə, ABŞ hökuməti Rusiya bankları və enerji sektoruna məhdudiyyətlər də daxil olmaqla yeni tədbirlər paketi hazırlayıb. Agentlik qeyd edir ki, Donald Tramp müvafiq fərman verərsə, paket qəbul olunmağa hazırdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.