Litva, Belarusda olara məxsus yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə Litva baş nazirinin müşaviri Dobrovolskas açıqlama verib.
Belarus XİN isə iddia edib ki, Litva öz daşıyıcılarını çaşdıraraq baş verənlərə görə Belarusu günahlandırır.
“Litva ilə sərhəddin normal fəaliyyətinin və konstruktiv ikitərəfli münasibətlərin tezliklə bərpa olunacağına ümid edirik”, - Belarus XİN bildirib.
Bizim.Media