EN

Bundestaq ordunun silahlanması üçün 3 milyard avro ayıracaq

Bakı. Trend:

Almaniya parlamenti (Bundestaq) ordunun silahlanması məqsədilə 3milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Trend-in"Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsaitçərçivəsində ABŞ şirkəti "Airbus"dan 20 yüngül döyüş helikopterininalınması nəzərdə tutulur. Helikopterlərin ümumi dəyəri təxminən 1milyard avrodur.

Bundan əlavə, Almaniya Müdafiə Nazirliyi 100 min gecəgörməcihazı almaq niyyətindədir. Bu məqsədlə daha bir milyard avroxərclənəcək. Nazirlik həmçinin təxminən 1,2 milyard avro dəyərindəzenit raketlərinin satın alınmasını da təsdiqləmək istəyir.

Məsələ ilə bağlı səsvermənin noyabrın 12-də qapalı iclasdakeçirilməsi planlaşdırılır.

Chosen
50
az.trend.az

1Sources