EN

Hərbi paradda ilk dəfə İnsansız Sistem Qoşunlarının heyəti keçid edib

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən Hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının parad heyəti keçid edib.

“Poliqon”un məlumatına görə, parad heyətinə “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov başçılıq edib.

Sonra İnsansız Sistem Qoşunları tərəfindən Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları və digər insansız vasitələri təqdim edilib. Kolona “Azərbaycan Bayrağı” ordenli general-mayor İlqar Qafarov başçılıq edib.

Azadlıq meydanına üzərində “Orbiter-1KM” zərbə pilotsuz uçuş aparatları, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat pilotsuz uçuş aparatları, “Aerostar” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Bayraktar-TB2” silahlı kəşfiyyat pilotsuz uçuş aparatı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120”, “Sky Striker” sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Harop” zərbə pilotsuz uçuş aparatları, “Hermes-450” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilmiş “Marauder” və “Matador” tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri daxil olub.

Chosen
67
poliqon.az

1Sources