EN

Xabi Alonso: “Rayo Valyekano” yaxşı formadadır, bizi çətin oyun gözləyir”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın 12-ci tur matçı ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, noyabrın 9-da “Real” “Rayo Valyekano” klubu ilə qarşılaşacaq.

“Bu, çətin səfər oyunudur, “Rayo” yaxşı formadadır, keçən il heç-heçə etmişdik... Çox gərgin oyuna hazırıq. Hər matç ən vacibdir, bu, bizim düşüncə tərzimizdir. Liqadakı tempi qorumaq və beynəlxalq fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirik. Ardıcıllığı qorumaq istəyirik, amma bütün matçlar eyni səviyyədə qurulmur. Oyunçularımın oyundan əvvəlki davranışı ilə bağlı heç bir şikayətim yoxdur”, - deyə AS Alonsonun sözlərini sitat gətirir.

Hazırda La Liqa turnir cədvəlinə 30 xalla “Real Madrid” başçılıq edir, “Rayo Valyekano” isə 14 xalla 11-ci yerdədir.

İdman.Biz

Chosen
59
1
idman.biz

2Sources