EN

"Starbucks" yeni məhsulunun yaratdığı həngaməyə görə üzr istədi

"Starbucks Corporation" Milad bayramı üçün hazırladığı yeni qabla bağlı yaranmış həngaməyə görə üzr istəyib. Belə ki, onun yeni məhsulunu əldə etmək istəyənlərin gözlənilmədən çox olması səbəbindən əməlli-başlı mərəkə qopub.
 
Bu barədə "The New York Post" (NYT) şirkətin nümayəndələrinə istinadla məlumat yayıb.
 
"Məhsullarımız ətrafında yaranan ağlasığmaz ajiotaj bizim ən cəsarətli gözləntilərimizi geridə qoyub. Bayram mövsümündə bizim qəhvəxanalara başqa məhsullarla müqayisədə daha çox "Bearista" fincanları göndərilməsinə baxmayaraq, bu fincan və bəzi digər məhsullarımız sürətlə satılıb. Biz insanlarda səbəb olduğumuz bu məyusluğa görə üzrxahlığımızı bildiririk", - deyə şirkətin nümayəndələrindən biri bildirib.
 
Qeyd edilir ki, müştərilər arasında böyük populyarlıq qazanmış "Bearista" fincanı noyabrın 6-da təqdim edilib. İnsanlar onu əldə etmək üçün növbələrə düzülüblər və hətta davaya qalxıblar. Söhbət oyuncaq ayı formasında olan şüşə qabdan gedir. Onun başında korporasiyanın loqosu olan yaşıl rəngli papaq var. Fincanın qiyməti 29.95 dollardır (təqribən 51 manat). /Oxu.az/
Chosen
60
1
moderator.az

2Sources