BAKI, 9 noyabr. TELEQRAF
Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli sıradan çıxıb.
Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu komandasının II Bundesliqanın XII tur oyununda "Herta Berlin"ə 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.
Baş məşqçi Torsten Liberknext 22 avqustdan bəri ilk dəfə Emreliyə şans verib. O, 63-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı oyunçu 78-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. O, meydanı tərk edərkən gözyaşlarını saxlaya bilməyib.
Emrelinin Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya (13 noyabr) və Fransa (16 noyabr) ilə oyunlarını buraxacağı gözlənilir.