EN

Messi futbol tarixində 400 qol ötürməsi edən ilk oyunçu olub

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi futbol tarixində 400 qol ötürməsi həddinə çatan ilk oyunçu olub.

APA xarici KİV-ə istinadən xəbər verir ki, bu göstəriciyə Messi MLS-in pley-off mərhələsinin 1/8 finalında “Neşvill”ə qarşı keçirilən üçüncü oyunda nail olub.Qarşılaşma “İnter Mayami”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Messinin hesabında iki qol və bir məhsuldar ötürmə var.

Messi ən çox qol ötürməsini “Barselona” klubunda oynadığı dövrdə gerçəkləşdirib, 269 dəfə . Argentina millisində o, 60 dəfə komanda yoldaşlarına assist edib, “İnter Mayami”də 37, Fransanın “Paris Sen-Jermen” klubunda isə 34 ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
3
apa.az

10Sources