EN

Zəfər bayrağı azad torpaqlarımızda qürurla dalğalanır - Sevil Mikayılova

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabrdaölkəmizdə böyük ehtiram və iftixar hissi ilə qeyd olunur.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S.Mikayılova qeyd edib ki, bu gün yalnız bir dövlət atributununbayramı deyil bu, Azərbaycan xalqının azadlıq iradəsinin,dövlətçilik ənənələrinin, milli həmrəyliyinin və qürur duyğularınıntəntənəsidir:

"Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngliDövlət Bayrağını qəbul etməklə milli dövlətçiliyimizin ideolojitəməlini yaratdı. Bu bayraq xalqımızın əsrlər boyu azadlıq vəistiqlal arzularını özündə birləşdirdi. Azərbaycan XalqCümhuriyyəti süqut etdikdən sonra bu bayraq uzun illər boyuxalqımızın qəlbində ümid və müstəqillik arzularının rəmzi kimiyaşadı. 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevintəşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızyenidən dövlət rəmzi kimi qəbul edildi. Bu hadisə Azərbaycanınmilli oyanışının rəmzinə çevrildi və 1991-ci il fevralın 5-dəAzərbaycan Respublikası Ali Soveti tərəfindən üçrəngli bayraq rəsmiDövlət Bayrağı kimi təsdiqləndi".

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın 1991-ci il oktyabrın18-də dövlət müstəqilliyini bərpa etməsi ilə bu bayraq bir dahasuveren dövlətimizin simvoluna çevrildi:

"2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindənimzalanmış sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü elanedildi. Bu addım bayrağın milli kimliyimizin ayrılmaz hissəsinəçevrilməsi və gənc nəsildə dövlət rəmzlərinə dərin hörmət hissininformalaşdırılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində DövlətBayrağı Meydanının yaradılması bayrağımıza verilən ali dəyərintəcəssümüdür. Meydan 2010-cu il sentyabrın 1-də açılmış və bu,Azərbaycanın müstəqillik simvoluna göstərilən ehtiramın parlaqifadəsi oldu. 2024-cü ildə yenidən qurulan meydanda dünyanın ənböyük bayrağı ucaldılıb, Dövlət Bayrağı Muzeyi isə müasirekspozisiyalarla zənginləşdirilibr. Bu məkan artıq qürur, zəfər vəmilli birliyin ünvanına çevrilib".

Deputat qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsindəəldə olunan tarixi Qələbə üçrəngli bayrağımızı yenidən ucalıqlaraqaldırdı:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyiilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdivə Azərbaycan Bayrağı bu torpaqlarda bir daha dalğalandı. Hər azadedilmiş kənddə, qəsəbədə, şəhərdə qaldırılan bayraq dövlətinsuverenliyinin təsdiqi, və şəhidlərimizin ruhuna ehtiramın rəmzioldu. Bu gün azad Qarabağda, Şuşada, Xankəndidə, Laçında,Zəngilanda və digər azad edilmiş ərazilərdə dalğalanan üçrənglibayraq xalqımızın əzmini və əbədi müstəqilliyini simvolizəedir".

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyevin işğaldanazad edilmiş torpaqlarda şəxsən Azərbaycan Bayrağını ucaltmasıtəkcə simvolik bir hadisə deyildi:

"Bu anlar dövlətin iradəsinin təntənəsi, xalqın birlik vəgücünün təzahürü, həm də şəhidlərin ruhuna ən ali ehtiram idi. Hərqaldırılan bayraq düşmən işğalına son qoyulmuş torpağın azadlıqmöhürü, Azərbaycanın yenidən dirçəlişinin nişanəsi idi. Bayrağımızsadəcə bir simvol deyil xalqın birliyinin, milli ideologiyanın,dövlətin ruhunun daşıyıcısıdır. Bu bayraq altında birləşənAzərbaycan xalqı bu gün dünyaya milli həmrəyliyin, müstəqildövlətçilik ənənələrinin və qələbə əzminin nümunəsini göstərir.Qalib Azərbaycan xalqı üçün üçrəngli bayraq artıq sadəcə dövlətrəmzi deyil – millətin ruhunun, birliyinin və gələcəyə inamınınnişanəsidir. Bu gün hər bir azərbaycanlı üçün bu bayraq –qələbənin, azadlığın, suverenliyin və sabitliyin simvoludur".

Məqalədə:
Chosen
29
1
az.trend.az

2Sources