EN

Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli sıradan çıxıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 28 yaşlı hücumçu komandasının II Bundesliqanın XII tur oyununda "Herta Berlin"ə 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.

Baş məşqçi Torsten Liberknext 22 avqustdan bəri ilk dəfə Mahir Emreliyə şans verib. O, 63-cü dəqiqədə meydana daxil olub. Lakin, azərbaycanlı oyunçu 78-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Meydanı tərk edərkən o, gözyaşlarını saxlaya bilməyib.

Chosen
5
3
publika.az

4Sources