Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Öncə, “Kəpəz” “Sabah”la qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.
Son oyunda isə çempion “Qarabağ” əzəli rəqibi “Neftçi” üz-üzə gələcək. “Azersun Arena”da baş tutacaq Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “İmişli”yə (1:0), “Araz-Naxçıvan” “Karvan-Yevlax”a (2:1) qalib gəlib, “Qəbələ” “Sumqayıt”a (0:2) uduzub. “Zirə” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 0:0.