Öz avtomobilləri ilə tanınan "Xpeng" markasının "Aridge" hava nəqliyyatı bölməsi "A868" layihəsinin ilk təsvirlərini yayımlayıb.
Â
Bu, altınəfərlik sərnişindaşıyan hlikopterə bənzər minik vasitəsidir.
Â
Məlumata görə, prototiplərin uçuş sınaqları artıq başlayıb.
Â
"Aridge A868" şaquli qalxma və enmə funksiyasına malikdir ki, bu da uçuş-eniş zolağına ehtiyacı aradan qaldırır.
Â
"A868"in güc aqreqatının texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin onun hibrid olduğu və saatda 360 km sürətə 500 kilometrdən çox məsafə qət edə biləcəyi məlumdur.
Â
Hava taksisi kimi nəzərdə tutulan "A868"in nə vaxt kütləvi istehsala buraxılacağı hələlik müəyyən edilməyib.
Â
Oxu.az
Â