EN

Beyin hüceyrələrinin formalaşması ilk dəfə detallı şəkildə xəritələndi

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Alimlər insan beynində hüceyrələrin embrion dövründən yetkinliyə qədər necə formalaşdığını və inkişaf etdiyini göstərən ilk geniş atlasları təqdim ediblər.

Teleqraf xəbər verir ki, tədqiqat ABŞ-nin "BRAIN Initiative Cell Atlas Network" layihəsi çərçivəsində aparılıb.

Tədqiqat insan və siçan beyni üzərində aparılıb. Alimlər müxtəlif beyin hüceyrələrinin hansı mərhələdə yarandığını, necə fərqləndiyini və hansı genlərin bu prosesi idarə etdiyini müəyyən ediblər. Həmçinin insan beyninə məxsus yeni hüceyrə tipləri də aşkar olunub.

Araşdırmanın rəhbərlərindən, Allen İnstitutunun alimləri bildirir ki, beynin inkişaf xəritəsi autizm, diqqət çatışmazlığı və hiperaktivlik sindromu, şizofreniya kimi xəstəliklərin hansı mərhələdə formalaşdığını anlamağa kömək edəcək. Eyni zamanda, beyin şişlərinin bəzilərinin inkişaf proseslərini “təkrar işə sala” biləcəyi ehtimal edilir.

Mütəxəssislər ümid edir ki, əldə edilən məlumatlar gələcəkdə xəstəliklərin müalicəsi üçün gen və hüceyrə səviyyəsində daha dəqiq terapiyaların hazırlanmasına imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
sherg.az

2Sources