EN

Azərbaycan şahmatçısı: Avropa çempionatındakı qələbəmi Zəfər Gününə həsr edirəm

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında qazandığım qələbəmi Zəfər Gününə həsr edirəm.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa çempionatında 14 yaşlı oğlanların kateqoriyasında birinci yeri tutan Azərbaycanın yeniyetmə şahmatçısı Xaqan Əhməd deyib.

"Qitə yarışında oyunlar asan olmadı. Amma ən çətin tur 8-ci partiya idi. Həmin turda ukraynalı rəqiblə mübarizə gərgin oldu, rəqibim güclü idi. Ancaq buna baxmayaraq qalib gəldim.

Yarışda Azərbaycanın Dövlət Himninin səsləndirilməsi məni xüsusi qürurlandırdı. Qarşıma qalib olmağı məqsəd qoymuşdum. ⁠Avropa çempionatında 3 medal yaxşı nəticədir. Amma medal daha çox ola bilərdi", - X.Əhməd əlavə edib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar. 10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb. 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
baku.ws

2Sources