BAKI, 9 noyabr. TELEQRAF
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerası ərzində 400-cü məhsuldar ötürməsini edib
Teleqraf xəbər verir ki, argentinalı hücumçu buna MLS-nin 1/8 finalında "Neşvill" komandasına qarşı üçüncü oyunda çatıb.
"Çəhrayilər" "Çeyz" stadionunda keçirilən matçda 4:0 hesablı qələbəyə sevinib. Messi bu matçda bir məhsuldar ötürmədən əlavə dublla yadda qalıb.
Messi 400 məhsuldar ötürməsinin böyük hissəsini İspaniya "Barselona"sında çıxış edən zaman edib - 269. O, Argentina millisində 60, "İnter Mayami"də 37, Fransanın PSJ klubunda isə 34 assist müəllifi olub.
Futbol tarixində ən çox məhsuldar ötürmə edən futbolçu yalnız Ferens Puşkaşdır - 404.
Qeyd edək ki, Lionel Messi bu il meydana çıxdığı 46 oyunda 42 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.