Bu gün futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun vurulacaq.
"Yeni Sabah" xəbər verir ki, əvvəlcə meydana “Kəpəz” və “Sabah” komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:44-də başlayacaq.
Hazırda 3 xalı olan Gəncə təmsilçisi sonuncu - 12-ci pillədədir. Bakı klubu isə 18 xalla 6-cıdır.
Günün ikinci matçı isə “Azərsun Arena”da “Qarabağ” və “Neftçi” kollektivləri arasında baş tutacaq. Azərbaycan derbisi saat 18:44-də start götürəcək.
Qurban Qurbanovun komandası 20 xalla 2-ci, “ağ-qaralar” isə 15 xalla 7-ci sıradadır.
Telegram kanalımız