EN

İslandiya və Fransa ilə oyun öncəsi Azərbaycan millisində ağır itki

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kayzerslautern”in hücumçusu Mahir Emreli zədələnərək sıradan çıxıb.

İdman.Biz xəbər verir ki, 28 yaşlı futbolçu XII turda “Herta Berlin”lə keçirilən oyunda meydana daxil olsa da, matçı davam etdirə bilməyib.

Baş məşqçi Thorsten Liberknext uzun fasilədən sonra Emreliyə şans verib. O, qarşılaşmanın 63-cü dəqiqəsində oyuna daxil olub, lakin zədə səbəbindən 78-ci dəqiqədə əvəzlənib. Meydanı tərk edərkən hücumçunun göz yaşlarını saxlaya bilmədiyi diqqətdən yayınmayıb.

Xatırladaq ki, Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsində 13 noyabrda İslandiya, 16 noyabrda isə Fransa ilə oyunları var. Ehtimal edilir ki, Mahir Emreli hər iki qarşılaşmada iştirak etməyəcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
2
icma.az

3Sources