EN

XİN: Üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir

Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi X səhifəsində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.

Missiya.Az paylaşımı təqdim edir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirik.

Milli müstəqilliyin, dövlət suverenliyinin və xalqımızın birliyinin əbədiləşmiş rəmzi olan üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir. Bu müqəddəs simvola olan məhəbbət və sədaqət nəsildən-nəslə keçərək davam edir.

Bayrağımızın rənglərində əksini tapan rəmzlər eyni zamanda Azərbaycanın beynəlxalq arenada ləyaqətlə təmsil olunmasının əsas prinsiplərini formalaşdırır.

Bu əziz və iftixarlı gündə, bayrağımızın Azərbaycanın hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə ucadan dalğalanması üçün canlarını fəda vermiş vətən övladlarının əziz xatirəsini ehtiramla yad edirik. Qoy bayrağımız həmişə ucalarda dalğalansın!".

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirik.Milli müstəqilliyin, dövlət suverenliyinin və xalqımızın birliyinin əbədiləşmiş rəmzi olan üçrəngli bayrağımız Azərbaycanın zəngin… pic.twitter.com/UfNg1MFJU2

— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) November 9, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
5
missiya.az

6Sources