EN

Paşinyan 44 günlük müharibə barədə danışdı - “Bu, mənim təqsirimdir”

Nikol Paşinyan 2020-ci il müharibəsinin qarşısının alınmasının mümkünlüyü və bunun üçün zəruri şərtlərdən danışıb.

Turkustan.az armenpress-ə istinadla xəbər verirki, baş nazir öz “Facebook” səhifəsində yerləşdirdiyi videoda qeyd edib:

"44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi? Bir şey lazım idi: nəzərdə tutduğumuz legitimliyi Qarabağ nizamlanmasının beynəlxalq legitimliyi ilə uyğunlaşdırmaq".

Paşinyanın sözlərinə görə, bu, praktiki olaraq qeyri-mümkün idi, çünki 1990-cı illərdən başlayaraq Dağlıq Qarabağ məsələsinə erməni və beynəlxalq baxışlar fərqli idi:

“1990-cı illərin əvvəllərindən Qarabağ probleminin həlli üçün nəzərdə tutduğumuz legitimlik ilə beynəlxalq ictimaiyyətin nəzərdə tutduğu legitimlik bir-birindən ayrılıb və bu təsəvvürlər arasında çatlar yaranıb”.

O əlavə edib ki, bu ideyaların uzlaşdırılması praktiki olaraq reallığa çevrilə bilməz, çünki bu, Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olmasını tanımaq üçün ilk addımını tələb edəcək.

"Başqa variant yox idi, sadəcə olaraq başqa variant yox idi. Əgər biz bunu 2018-2019-cu illərdə edə biləcəyimizi düşünürdüksə, bəli, bunu etməmək mənim təqsirimdir" /yenisabah.az/

Chosen
15
1
turkustan.az

2Sources