EN

İrfan Can Kahvecinin milliyə çağırılmasının səbəbi məlum oldu

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Fənərbaxça”nın yarımmüdafiəçisi İrfan Can Kahvecinin milli komandaya dəvətinin səbəbləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi Vinsentso Montella futbolçunun son bir ayda klubunda heyətdən kənar qalmasına baxmayaraq, onu İspaniya və Bolqarıstanla keçiriləcək oyunların heyətinə daxil edib.

Məlumata görə, Montella Kahvecini komanda daxilində nüfuz sahibi və nümunəvi davranış modeli kimi qiymətləndirir. İtalyan mütəxəssis futbolçunun milli komandanın atmosferinə və birlik ruhuna müsbət təsir göstərdiyini düşünür.

Bildirilir ki, bu qərar eyni zamanda “Fənərbaxça” rəhbərliyinə də mesaj xarakteri daşıyır. Montella futbolçunun komanda üçün itirilməməsi gərəkdiyini vurğulayıb.

İrfan Can Kahveci cari mövsümdə “Fənərbaxça” ilə 12 oyuna çıxıb. 30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2028-ci ilə qədərdir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
icma.az

2Sources