EN

Braziliyada qasırğa nəticəsində 6 nəfər ölüb, 750-yə yaxın yaralı var

Braziliyada qasırğa Parana ştatında 6 nəfərin ölümünə, 750-yə yaxın insanın yaralanmasına səbəb olub...

APA-nın xəbərinə görə, bu barədə Braziliyanın cənubundakı Parana ştatının yerli hakimiyyət orqanları məlumat yayıb.

Qurbanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, qasırğa zamanı küləyin sürəti 250 km/saatadək yüksəlib. Təbii fəlakətdən ən çox zərər görən Rio-Bonitu-du-İquasu şəhərində binaların yarıdan çoxu ciddi dağıntılara məruz qalıb. 14 min əhalisi olan şəhərdə minə yaxın sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Poliqon.info

Chosen
15
5
poliqon.info

10Sources