Con Makqin “Aston Villa” rəhbərliyinin yeni təklifini qəbul edib.
"Football-plus.az" xəbər verir ki, artıq yarımmüdafiəçinin komandada qalması rəsmiləşib.
İngiltərə klubunun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə yeni müqavilə imzalanıb. Yeni saziş 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
2018-ci ildən “Aston Villa”da forma geyən Con indiyədək komandada 299 oyuna çıxıb, 33 qol vurub və 41 məhsuldar ötürmə edib.