EN

Ayda qədim kraterin fotosu ortaya çıxıb

Ayın görünən tərəfindəki Neper kraterinin fotosu çəkilib.

AzEdu.az xəbər verir ki, kraterin fotosu Rusiyanın Federal Kosmik Agentliyi "Roskosmos"un "Telegram" kanalında paylaşılıb.

Qeyd olunur ki, kraterın 3.9-4.1 milyard yaşı var. Krater intensiv bombardman dövründə formalaşıb və Ay diskinin kənarında yerləşir. Bu səbəbdən o çox vaxt təhrif olunmuş rakursda görünür.

"Kraterin diametri təxminən 142 km-dir (içərisinə Monteneqro ölçüsündə bir dövlət yerləşə bilərdi)", - "Roskosmos"dan bildirilib.

Həmçinin qeyd olunur ki, paylaşılan foto "Schmidt-Cassegrain C/9.25 XLT" teleskopu, ASI678MC kamerası və "UV&IR Cut" filtri vasitəsilə çəkilib.

Chosen
28
1
azedu.az

2Sources