EN

İslam Oyunları: Cüdoçumuz 1/4 finalda məğlub oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 78 kq çəki dərəcəsində döyüşən Günel Həsənli döşək üzərinə çıxıb.

Təmsilçimiz 1/4 final mərhələsində Aruna Yangeldina (Qazaxıstan) ilə üz-üzə gəlib. İdmançımız bu görüşdə rəqibinə məğlub olub və İslamiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq

Chosen
53
apasport.az

1Sources