EN

Bayraq hər bir millətin ən ali simvoludur

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"​Bayraq-hər bir millətin və dövlətin suverenliyinin, müstəqilliyinin və milli kimliyinin ən ali simvoludur.​Hər millət üçün bayrağın əhəmiyyəti çox böyükdür".Newscenter.az xəbər verir ki, bunları Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr rəsmi olaraq Dövlət Bayrağı Günü kimi təsis edilib:"Bayraq bir dövlətin azad, müstəqil və suveren olduğunu beynəlxalq aləmdə nümayiş etdirən ən vacib rəsmi atributu, milli kimlik, özünüdərk, birlik və həmrəylik rəmzidir. Həmçinin, millətin şərəf və qürur mənbəyidir. Tarix boyu bayrağa hörmət etmək müqəddəs borc hesab edilib. Çünki bayraq millətin var olmasının, mövcud olmasının sübutudur".Anar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
newscenter.az

2Sources