Çin iki eksperimental peykini orbitə çıxaran Liszyan-1 Y9 raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Raketin buraxılışı Pekin vaxtı ilə saat 11:32-də (Bakı vaxtı ilə saat 07:32) Çinin şimal-qərbindəki Çzuçuan Peyk Buraxılış Mərkəzinin yaxınlığındakı "Dunfen" Kommersiya Kosmik İnnovasiya Pilot Zonasından həyata keçirilib.
Agentliyin məlumatına görə, peyklər təyin olunmuş orbitə uğurla buraxılıb.