EN

Ərdoğan Türkiyənin “Eurofighter”, F 16 və F 35 lərin alınması ilə bağlı planlarını açıqlayıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Türkiyə “Eurofighter Typhoon” təyyarələrinin növbəti partiyasının da alınmasını planlaşdırır.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Böyük Britaniyadan alınacaq “Eurofighter Typhoon” təyyarələri ilə yanaşı, bu təyyarələrin növbəti partiyası Qətər və Omanla aparılan danışıqlar nəticəsində də əldə edilə bilər: “Eurofighter Typhoon” ilə bağlı işlər yaxşı gedir. Qətər və Omanla da bəzi müzakirələr aparmışıq. Bu ölkələrdəki “Eurofighter Typhoon”-lardan da alına bilər. Bu razılaşmaları yekunlaşdıra bilsək, ölkəmiz üçün müsbət irəliləyişlər gözlənilir”.

Türkiyə Prezidenti ABŞ-dan F-16 və F-35 qırıcı təyyarələrinin alınması məsələsində də ümidli olduğunu bildirib. Rəcəb Tayyb Ərdoğan ABŞ Prezidenti Donald Trampla bu istiqamətdə danışıqların müsbət keçdiyini vurğulayaraq, bu yöndə texniki müzakirələrin vacib olduğunu qeyd edib: “Ümid edirəm ki, verilən vədlər yerinə yetiriləcək və F-35-lərlə güclü potensialımız olacaq”.

Qeyd edək ki, oktyabrın 27-də Türkiyə və Böyük Britaniya arasında 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alışına dair müqavilə imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
93
7
apa.az

8Sources