EN

BAYRAĞIMIZ- Milli həmrəylik, vətəndaşlıq borcu və Qalibiyyət rəmzi


9 Noyabr Dövlət Bayrağı Günü, Azərbaycan vətəndaşlarını vahid ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən ən əsas rəmzə, milli varlığımızın sübutuna ehtiram göstərilən gündür. Azərbaycan Respublikasının Dövlət Bayrağı, müstəqil dövlətimizin milli suverenliyinin simvolu olmaqla yanaşı, həm də milli həmrəyliyin və milli kimliyin təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin "Kim Azərbaycanı sevirsə... kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir," çağırışı illər sonra 44 günlük Vətən Müharibəsi zamanı özünün tarixi reallığını tapdı. Bu müqəddəs rəmz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tacı, Qalibiyyət rəmzi oldu.
Dövlət başçısının tarixi Zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərləri zamanı bu torpaqlarda Azərbaycan Bayrağının ucaldılması, milli qürurumuzun ən uca zirvəsi idi. Prezident İlham Əliyevin "Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdı1r," ifadəsi, Vətən Müharibəsinin ədalətli yekununu ifadə edir. Bu, sadəcə, bir bayrağın yerdəyişməsi deyil, dövlət sərhədlərinin bərpası, xalqın birliyinin və yenilməzliyinin sübutudur.

Dövlət rəmzinə hörmət göstərilməsi hər bir məsuliyyətli vətəndaşın qanunla müəyyən edilmiş borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi bu hörməti zəruri edir, Dövlət bayrağının istifadəsi qaydaları isə qanunvericiliklə tənzimlənir. Ulu Öndərin dediyi kimi: "Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin." Bu, yalnız rəsmiyyət deyil, milli mənsubiyyət və Vətənə sədaqət məsələsidir.
Bayrağımız – millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. O, gənc nəsillər üçün dövlətçilik ruhunun aşılanmasında əvəzsiz rol oynayır. Hər bir vətəndaş bu bayrağın şanlı tarixini, ideoloji mənasını dərk etməli və onu yaşatmağı özünə borc bilməlidir. Azərbaycanın üçrəngli bayrağı daimi müstəqilliyimizin, ərazi bütövlüyümüzün və xoşbəxt gələcəyimizin simvolu olaraq mavi göylərimizdə əbədi dalğalanacaqdır.

KƏMALƏ ZAMİNQIZI



Chosen
44
aia.az

1Sources