EN

Moskvada kriptobiznesmen lüks avtomobildə qəzaya düşərək həlak oldu - FOTO/VİDEO

Rusiyalı kriptobiznesmen Aleksey Dolqix Moskvada avtomobil qəzasında həlak olub.
 
"Mash" "Telegram" kanalı xəbər verir ki, qəza onun idarə etdiyi "Lamborghini" markalı avtomobilin maneəyə çırpılaraq aşrması nəticəsində baş verib.
 
İstintaq məlumatlarına əsasən, "Lamborghini Urus" avtomobilinin sürücüsü Leninqrad şosesinə çıxarkən idarəetməni itirib və nəticədə aşan avtomobil yanıb.
 

 

Bildirilir ki, avtomobildə olan sərnişinlərdən biri də hadisə yerində həyatını itirib, daha iki nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Moskva prokurorluğu hadisəni xüsusi nəzarətə götürüb.

 

Chosen
20
4
moderator.az

6Sources