EN

Səudiyyə Ərəbistanı iki vətəndaşını edam edib

ain.az bildirir, Olke.az portalına istinadən.

Səudiyyə Ərəbistanı terror aktı planlaşdırdığına görə iki vətəndaşını edam edib.

"Ölkə.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı məscidlərə hücum planlaşdıran xarici terrorçu qrupa qoşulduqlarına görə iki vətəndaşını edam edib.

İki nəfər noyabr 9-da Əl-Qassim rayonunda edam edilib. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, həmin şəxslər ölkənin təhlükəsizlik xidmətlərinin qərargahına hücum etməyi planlaşdırıblar. Həmin şəxslər həmçinin partlayıcı maddələr hazırlayıblar və terrorçu qrupun üzvlərini gizlədiblər.

Məlumata görə, ölüm hökmü ölkənin Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi həmin şəxslərin iddia edilən terror aktını dəqiq nə vaxt törətməyi planlaşdırdıqlarını açıqlamayıb.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
1
olke.az

2Sources