EN

“Real” tarixinin ən böyük büdcəsini açıqlayacaq: Fantastik məbləğ

“Real” tarixinin ən böyük büdcəsini – 2025/26 mövsümü üçün 1,248 milyard avro ayıracaq.

Publika.az Xəbər verir ki, “2Playbook”a görə, bu, əvvəlki illə müqayisədə 5,4% artım deməkdir və artımın əsas səbəbi təmir edilmiş “Santyaqo Bernabeu” olacaq.

Stadion kluba 402,5 milyon avro (+23%) gəlir gətirəcək ki, bu da əsasən VIP oturacaqlar və tur gəlirinin 31% artması hesabınadır. Madrid klubu akademiya oyunçularının satışına görə bonuslardan daha 60 milyon avro alacağını gözləyir.

Kişi futbolu hələ də gəlirin 97%-ni təşkil edir, qadın komandası 12,4 milyon, basketbol isə təxminən 23 milyon avro əlavə edəcək.

Chosen
105
publika.az

1Sources