EN

Daxili İşlər Nazirliyinin binası yaxınlığında polis maşını yandırıldı; 17 yaşlı gənc saxlanıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Polis maşınını yandıran yeniyetmə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Moskva vilayətində baş verən hadisənin görüntüləri kameraya düşüb.

Belə ki, Ximik şəhərində maskalı şəxs Daxili İşlər Nazirliyinin binasının yaxınlığında park edilmiş polisə məxsus "UAZ" markalı maşının üzərinə yanar maddə tökərək od vurub və sonra qaçaraq hadisə yerindən uzaqlaşıb. Təhlükəsizlik kameralarını incələyən polis qısa müddətdə 17 yaşlı yeniyetməni saxlayıb.

Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan yeniyetmə yanğını naməlum şəxslər tərəfindən mobil telefonla təlimat alaraq törədib. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Sözügedən hadisənin videosunu təqdim edirik.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
avtosfer.az

1Sources