"Kəpəz" futbolçusu Vitor Feijao ilə yollarını ayırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
29 yaşlı hücumçu mövsümün əvvəlində "Kəpəz"ə cəlb olunub.
Qeyd edək ki, yarımmüdafiəçi 9 çempionat oyununda 1 qol vurub.