EN

Çin "Nexperia" ilə bağlı Aİ-nin Niderlanda təsirini artırmağa ümid edir

Çin ümid edir ki, Avropa İttifaqı Niderlandın yarımkeçirici şirkəti "Nexperia"ya qoyduğu məhdudiyyətləri aradan qaldırmasına kömək etmək üçün səylərini davam etdirəcək.

Aznews.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dərc etdiyi açıqlamada bildirilib.

"Çin qeyd edir ki, Avropa "Nexperia" şirkətinə müvafiq məhsulların normal tədarükünü təmin etmək üçün əlavə səylər göstərəcək. Çin qlobal yarımkeçirici təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün məsuliyyətli yanaşmasını rəhbər tutaraq artıq əməli tədbirlər görüb və müəyyən edilmiş tələblərə cavab verən mülki məqsədlər üçün müvafiq ixracı istisna edib", - deyə məlumatda vurğulanıb.

Chosen
48
1
aznews.az

2Sources