EN

Göyçayda Nar bayramı I FOTOSSESİYA

Bu il 16-cı dəfə baş tutan festival minlərlə insanı Göyçayda bir araya gətirib. Festivalda narla bağlı müxtəlif yarış və müsabiqələr, xalq sənətkarlığının nümayişi və bölgəyə məxsus mədəniyyət nümunələri tamaşaçıların böyük marağına səbəb olub. Musiqi sədaları altında qonaqları qarşılayan təşkilatçılar yerli müəssisələrdə istehsal olunan təbii nar şirələrini və nar məhsullarını təqdim ediblər.

2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.

AzVision.az festivaldan fotossesiyasını təqdim edir.



Chosen
53
1
azvision.az

2Sources