EN

Azərbaycan içki ixracından nə qədər qazanıb?

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 50 milyon 615,18 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, eləcə də sirkə ixrac edilib.

NOCOMMENT.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 730,05 min dollar və ya 5,11% azdır.

2024-cü ilin müvafiq dövründə ixracın dəyəri 53 milyon 345,23 min dollar təşkil etmişdi.

Beləliklə, hesabat dövründə içkilər və sirkə ixracında azalma tendensiyası müşahidə olunub.

Chosen
54
nocomment.az

1Sources