EN

İslam Oyunları: Boksçumuz finalda

Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda iordaniyalı idmançı Hüseyn Laşhaişlə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını finala yazdırıb.

Qeyd edək ki, bu gün, həmçinin Aynur Mikayılova (57 kiloqram), Fatimə Mehdiyeva (65 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də yarımfinalda mübarizə aparacaqlar.

Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Yeniyetmə boksçularımız Avropa çempionatının hazırlığına başlayıb

Boksçularımız Avropa çempionatını 8 medalla başa vurub

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalında

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında

Chosen
31
7
apasport.az

9Sources