EN

Rus kilsəsi qumar oynadığına görə yüksək rütbəli keşişi vəzifədən azad etdi - Qərbi Avropa Eksarxının rəhbəri getdi...

Rus Pravoslav Kilsəsində yüksək səviyyəli kadr dəyişikliyi yaşanıb.

Musavat.com xəbər verir ki, Patriarx Kirillin göstərişi ilə Qərbi Avropa Eksarxı, metropolit Nestor vəzifəsindən azad edilib.

Rəsmi açıqlamalarda səbəb kimi onun Çexiyada təşkil olunan beynəlxalq poker turnirində iştirakı göstərilir.

Sosial şəbəkələrdə və Qərb mediasında yayılan görüntülərdə dini geyimdə olmayan, mülki formada masa arxasında qumar fişləri ilə iştirak edən bir şəxsin olduğu görünür. Rus Pravoslav Kilsəsi hadisəni təsdiqləyərək, metropolitin davranışının "ruhanilərin mənəvi nüfuzuna uyğun gəlmədiyini" bəyan edib.

Qeyd edək ki, Metropolit Nestor uzun illər Rus Pravoslav Kilsəsinin Fransa, İspaniya, Portuqaliya və Benelüks ölkələrindəki icmalarına rəhbərlik edirdi və ona Qərbi Avropa regionunda dini-siyasi əlaqələrə nəzarət kimi xüsusi səlahiyyət verilmişdi. Kilsə daxilində bu vəzifə həm ideoloji, həm də diplomatik baxımdan strateji mövqe sayılır.

Fransanın ixtisaslaşmış din və cəmiyyət mövzulu media orqanları metropolit Nestoru əvvəllər "mədəni, yüksək savadlı, intellektual ruhanilərdən biri" kimi təqdim edir, onun Avropa kilsə dairələrində dialoq tərəfdarı kimi tanındığını bildirirdilər. Lakin poker turniri qalmaqalı bu imicə ciddi zərbə vurub.

Mövzu xüsusilə İspaniya və Çexiya mediasında geniş müzakirə edilir. Şərhlərdə kilsənin bu qərarının iki mümkün səbəbi ön plana çıxır: Daxili intizamın sərtləşdirilməsi, Kilsənin reputasiya böhranından yayınmaq cəhdi.

Rus Pravoslav Kilsəsi son illər ruhanilərin şəxsi davranışlarına dair daxili nəzarət və etik qaydaları daha da sərtləşdirib. Qumar, içki, nümayişkaranə həyat tərzi və siyasi nümayişlər rəsmi qərarnamələrdə "ruhani şərəfinə zidd" kimi qeyd olunur.

Hadisə Rusiyada böyük rezonans doğurub və hazırda kilsə yeni Qərbi Avropa Eksarxının kim olacağına dair məsləhətləşmələr aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
2
olaylar.az

3Sources