EN

Azərbaycan Ordusu - Müasir texnika, peşəkar kadr VİDEO

Bakı, 9 noyabr , AZƏRTAC

"Predator Hawk" - 50-300 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır, bu da onu yüksək dəqiqlikli zərbə vasitəsinə çevirir. “ICEBREAKER” qanadlı raket kompleksi - aşağı aşkarlanma qabiliyyəti, yüksək manevr çevikliyi, şəbəkələşmə və adaptiv naviqasiya, həmçinin yüksək dəqiqliklə hədəflərə zərbə endirmə imkanlarına malikdir. LORA raketləri - uçuş məsafəsi 400 kilometrə yaxındır, raketlər hədəfi 10 metr dəqiqliklə vurur. Bunlar 8 noyabr tarixində Vətən müharibəsində əldə olunan Qələbənin beş illiyinə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən, silah arsenalımıza yeni daxil edilmiş texnikalardır. Ümumi xüsusiyyətləri onların hədəfi məhv etməkdə nə qədər dəqiq olduğunu bir daha sübut edir.

Daha ətraflı məlumatla AZƏRTAC-ın videoreportajında tanış ola bilərsiniz.

 

Chosen
20
2
azertag.az

3Sources