EN

3 liderin hərbi paradda bir yerdə dayanması ortaq ruhun tarixi təsdiqidir - Pakistanlı ekspert

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin hərbi paradda bir yerdə dayanması sadəcə diplomatiyanın fotoşəkili deyil, bu, ortaq ruhun və strateji taleyin tarixi təsdiqidir.

Bizim.Media xəbər verir ki, bnu AZƏRTAC-a açıqlamasında pakistanlı siyasi ekspert Qeyser Nəvvab bildirib.

O qeyd edib ki, bu dərin əlaqə həqiqi qardaşlıq yaratmaq üçün sadəcə siyasi ittifaqları aşaraq ümumi inanca, mədəniyyətə və qarşılıqlı dəstəyə əsaslanır.
 

Q.Nəvvab vurğulayıb ki, son hadisələr onilliklər ərzində formalaşmış əməkdaşlığın dərinliyini göstərir. Onun sözlərinə görə, xalqlarımız çətin dövrlərdə həmişə bir-birini dəstəkləyib:


"Birgə hərbi nümayişlə rəmzi olan bu üçtərəfli yaxınlaşma gələcək nəslin güclü, strateji cəhətdən uyğunlaşdırılmış və sülhsevər bir regionu miras qoymasını təmin edir".

Bizim.Media

Chosen
12
3
bizim.media

4Sources