Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
90deqiqe.Az AFFA-nın saytına istinadla xəbər verir ki,o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç-Estoniya görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Oslo şəhərində yerləşən "Ullevaal" stadionunda baş tutacaq.