EN

Azərbaycan stolüstü tennis üzrə qadın yığması yarımfinala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın stolüstü tennis yığması uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, milli komandamız 1/4 final mərhələsində Maldiv adaları ilə qarşılaşıb və 8:3 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.

Azərbaycan yığması finala gedən yolda Misir seçməsi ilə qarşılaşacaq.

Chosen
22
90deqiqe.az

1Sources