EN

Gəncədə iki mərtəbəli evdə yanğın olub

Gəncədə yanğın qeydə alınıb.

"Unikal"ın məlumatına görə hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov

Chosen
32
2
unikal.az

3Sources